[b]Suares kimləri “Barselona”da görmək istəyir?[/b]
19.12.2017 - 18:04
[b]Suares kimləri “Barselona”da görmək istəyir?[/b]

“Barselona”nın uruqvaylı hücumçusu Luis Suares Kataloniya klubunda görmək istədiyi futbolçuların adlarını açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı forvard “Atletiko”nun üzvü Antuan Qrizmann və “Liverpul”un formasını geyinən Filipp Koutinyonun adını çəkib.

 

O, hər iki futbolçunun “Barselona”nın oyun tərzinə uyğun gəldiyini vurğulayıb: “Barselona” həmişə ən yaxşıları heyətinə qatmağa çalışır. Qrizmann və Koutinyo məhz bu tip futbolçulardı. Onların hər ikisi “Barsa”nın sərgilədiyi futbola uyğun gəlir”.

 

Qeyd edək ki, xarici mətbuatda Qrizmannın “Barselona” ilə anlaşdığı haqda xəbərlər yayılıb. Koutinyonun da adı tez-tez Kataloniya klubu ilə birgə hallanır.