[b]Suaresin pasportunu çatdırmasaydılar...[/b]
23.02.2016 - 10:57
[b]Suaresin pasportunu çatdırmasaydılar...[/b]

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün “Arsenal”la qarşılaşacaq “Barselona” Londona səfər zamanı maraqlı hadisə ilə üzləşib. Apasport.az saytının xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Kataloniya klubunun hücumçusu Luis Suaresin başına gəlib.

 

Komanda üzvləri hava limanında gözləyərkən, Suares xarici pasportunun evdə qaldığını bilib. 

 

Nəticədə klubun nümayəndələrindən biri dərhal futbolçunun evinə yollanmaq məcburiyyətində qalıb. Həmin nümayəndə Suaresin xarici pasportunu vaxtında yetişdirə bildiyindən, 29 yaşlı forvarda kollektivlə birlikdə İngiltərəyə yollanmaq müyəssər olub.

 

Qeyd edək ki, “Arsenal” – “Barselona” matçı bu gün Bakı vaxtı ilə 23:45-də start götürəcək.