[b]Subaşiç: “Qarabağ” bizim kimi oynayırdı[/b]
23.10.2015 - 10:58
[b]Subaşiç: “Qarabağ” bizim kimi oynayırdı[/b]

“Qarabağ” bizim ötən mövsüm Çempionlar Liqasında mübarizə apardığımız kimi oynayırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Monako” klubunun futbolçusu Daniel Subaşiç deyib.

 

Xorvatiya millisinin qapıçısı Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb. Subaşiç çox vacib qələbə (1:0) qazandıqlarını bildirib: “Onlar da yaxşı müdafiə olunur, hücum üçün imkan gözləyirdilər. Biz çətinliklə də olsa qalib gəldik. Lakin bu qarşılaşmanı tez unutmalıyıq. Çünki növbəti matçlara köklənməliyik. Özümüz üçün vacib olan “Qarabağ”la görüşə çox pis başladıq. Oyunumuzda sürət çatmırdı, ləng hərəkət edirdik. Yaxşı ki, fasilədən sonra öz oyunumuzu nümayiş etdirə bildik. Qələbə ilə qrup liderliyinə qədər yüksəldik. Mən özüm də çox şadam ki, matçı qol buraxmadan başa vurdum. Bu üzdən özümü əla hiss edirəm”.

0