[b]Subaşiçin komandasını təhqir etdilər[/b]
03.05.2015 - 18:40
[b]Subaşiçin komandasını təhqir etdilər[/b]

Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Manisaspor” “Bucaspor”la oyun öncəsi xoşagəlməz olayla qarşılaşıb. Apasport.az saytının məlumatına görə, manisalıların qaldıqları təlim-məşq bazasının divarlarına və komandanın avtobusuna “Bucaspor”u dəstəkləyən və kimliyi bəlli olmayan şəxslər tərəfindən söyüş və təhqir dolu yazılar yazılıb.

 

Hadisə barəsində mətbuat nümayəndələrinə məlumat verən klubun vitse-prezidenti Mustafa Karakaş səhər vaxtı bazaya gəldiklərində divarlarda və avtobusun üstündə bir sıra təhqir, söyüş və “Bucaspor” klubun adının yazıldığını gördüklərini qeyd edib.

 

Xatırladaq ki, milli komandamızın keçmiş futbolçusu Branimir Subaşiçin də heyətində çıxış etdiyi “Manisaspor” PTT 1-ci liqada qalmaq üçün ən önəmli oyunlarından birini məhz “Bucaspor”a qarşı keçirəcək.

 

30-cu həftədən sonra turnir cədvəlində “Manisaspor” 29 xalla 15-ci, “Bucaspor” isə 28 xalla 16-cı sırada qərarlaşıb.