[b]Alves Subizarettanın rekordunu təkrarladı[/b]
10.05.2015 - 00:07
“Valensiya”nın qapıçısı Dieqo Alves “Real Madrid”lə oyunda penaltini qaytarmaqla tarixə düşüb. Apasport.az saytının məlumatına görə, Kristiano Ronaldonun penalti zərbəsində qola icazə verməyən braziliyalı qapıçı İspaniya çempionatındakı karyerasında 16-cı dəfə belə müvəfəqqiyət qazanıb.
Bununla da o, əfsanəvi ispan qapıçı, “Barselona”, “Atletik” və “Valensiya”nın keçmiş üzvü Andoni Subizarettanın rekordunu təkrarlamış olub.
0
0