“Bursaspor” baş məşqçi Pol Le Quenlə yollarını ayırıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi fransalı mütəxəssisi postundan uzaqlaşdırıb.
Superliqa təmsilçisi qarşılıqlı anlaşma ilə ayrılığa üstünlük versə də, Le Quen buna razı olmayıb. Nəticədə rəhbərlik onun müqaviləsini təktərəfli ləğv edib. Çalışdırıcı isə müqaviləsinin 2019-cu ilin yayına qədər olduğunu bildirərək, qarşı tərəfdən 1 milyon avro təzminat haqqı tələb edir. Onun məsələ ilə bağlı FİFA-ya şikayət etməsi gözlənilir.
Qeyd edək ki, Pol Le Quen “Bursaspor”un “sükanı arxası”na cari mövsümün əvvəlində keçmişdi.