Türkiyənin “Bursaspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisinin “sükanı arxası”na Samet Aybaba gətirilib.
Bunu KİV nümayəndələrinə klubun yenidən prezidenti seçilən Ali Ay açıqlayıb. O bildirib ki, yeni mövsümdə komandanı Aybaba çalışdıracaq. 62 yaşlı mütəxəssisin Bursaya ötən mövsüm “Sivasspor”da çalışdığı məşqçilərlə gələcəyi bildirilir.
Qeyd edək ki, “Bursaspor” 2017/2018 mövsümünün gedişində Paul Le Quenlə yollarını ayırdıqdan sonra axırıncı 6 turda baş məşqçi vəzifəsini İvko Qançev yerinə yetirib. Komanda isə 39 xalla 13-cü yeri tutub.