Dünən Avropa və dünyanın bir sıra ölkələri beynəlxalq yoldaşlıq görüşlərində qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, bakı “İnter”inin keçmiş baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərlik etdiyi Gürcüstan millisi də hazırlıq oyunu keçirib.
“İnter”dən ayrılmış oyunçular Baçana Sxadadze, Amisulaşvili və Salukvadzenin də iştirak etdiyi qarşılaşma onlar üçün uğurlu bitməyib.
Qonşularımız öz meydanında Ukrayna yığmasına məğlub olublar – 1:2.
Digər oyunlar aşağıdakı nəticələrlə bitib.
Gürcüstan – Ukrayna – 1:2
Qollar: Vasadze, 80 – Kraveç, 57, Konoplyanka, 67
Finlandiya – Estoniya – 0:2
Qollar: Purye, 28, 57
Lüksemburq – Moldova – 0:0
Konqo DR – Kamerun – 1:1
Qollar: Botaka, 12 – Bedimo, 40