[b]Tahir Gözəl: O qol olmasaydı... - MÜSAHİBƏ[/b]
15.09.2016 - 22:05
[b]Tahir Gözəl: O qol olmasaydı...  - MÜSAHİBƏ[/b]

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçında öz meydanında “Slovan”la qarşılaşan “Qarabağ” görüşdən 2:2 hesablı bərabərliklə ayrılıb. Matç başa çatdıqdan sonra Ağdam klubunun prezidenti Tahir Gözəl jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun haqqında fikirlərinizi bildirərdiniz...

- Qələbə gözləyirdik, ancaq ilk dəqiqədə buraxdığımız qol bizə mane oldu. 2:2 hesabına şükür edirik, ancaq gərək bu oyun bizim olaydı.

 

- Komanda 2 xal itirdi, yoxsa 1 xal qazandı?

- Mənim fikrim budu ki, biz bu oyundan 3 xalla ayrılmalı idik. “Slovan” “Qarabağ”ın qalib gələ biləcəyi klubdu. Bəxtimiz gətirmədi. Hesab edirəm ki, 2 xal itirdik.

 

- "Qarabağ" son dəqiqədə vurulan qolla məğlubiyyətdən qaçdı. Axırıncı dəfə belə həyəcanı nə vaxt yaşamışdınız?

- Çox şükür edirik o qol üçün. Əgər olmasaydı, özümüzü çox pis hiss edəcəkdik. Sonuncu dəqiqədə olması çox böyük sürpriz oldu.

 

- Hücum xəttində bəzi çatışmazlıq yarandı. Sizi ən çox hansı futbolçu əsəbiləşdirdi?

- Fürsətlər çox idi, ancaq dəyərləndirə bilmədik. Alınmadı. Deyəsən, “Qarabağ” xaricdə daha yaxşı oynayır, nəinki öz meydanında. Belə nəticə çıxardım.

 

- “Qarabağ”ın çexlərdən çəkdiyi nədi belə? Gah hakimlər, gah komandalar...

- Bizim çexlərə qarşı bəxtimiz gətirmir.

 

- Növbəti turda Florensiya səfərindən nə gözləyirsiz?

- Gərək növbəti turda da “Qarabağ” ciddiliyini qorusun. Ancaq və ancaq qələbəni hədəfləyirik. Bu dəfə qrupdan çıxmalıyıq. Yeni bir tarix yazmaq istəyirik. Bunun üçün hər şeyimiz var.

 

- Yəni əgər qrupdan çıxmasaq, uğursuzluq hesab olunacaq?

- Mən öz adıma çox böyük narahatlıq keçirəcəm.

 

- Rəqiblər də münasibdi bunun üçün...

- Keçən illərə görə bu qrup ən münasib komandalardan təşkil olunub. Çox yaxşı şanslarımız var.

 

0