“Komandamız üçün möhtəşəm bir fürsət idi. Ancaq futbol da həyat kimidi, hər zaman, hər kəs layiq olduğu şeyləri qazana bilmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Monako”nu qəbul edən ağdamlıların prezidenti oyun haqqında fikirlərini bölüşüb: “Monako” çox güclü klubdu, “Çelsi”ni, “Real”ı yenmiş komandadı. Buna baxmayaraq, biz “Qarabağ”ın ifasında əla matç izlədik. Mən klubumla, “Qarabağ”la fəxr edirəm. İstədiyimiz nəticə bu deyildi”.
Gözəl bildirib ki, pley-off şansları qrupdakı digər qarşılaşmalardan asılıdı: “Digər oyunlarda qeydə alınacaq sərfəli bir nəticə ilə bizim yenidən şanslarımız yarana bilər. Çox çətin qrupda yer almışdıq, buna baxmayaraq, biz bu gün bir daha gördük ki, “Qarabağ” Avropa klubudu və çox çətin rəqibdi”.
O, komandasının oyunundan razı qaldığını vurğulayıb: “Mən o buraxdığımız qola bədbəxt hadisə kimi baxıram. Əminliklə deyə bilərəm ki, biz bu gün 2 xal itirdik. Çox inamlı oynadıq. Qurban müəllim də razı qalıb oyundan. Bu gün bizim günümüz deyildi. Düzdü, “Monako” kimi bir klubla bərabərlik də çox yaxşı nəticədi, amma bu gün bizim olmalı idi”.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə