Azərbaycan millisi son 1 ildə FİFA reytinqində 27 pillə geriləyib. Apasport.az saytının məlumatına görə, belə eniş bu gün açıqlanan 2017-ci ilin son siyahısından sonra bəlli olub.
2016-cı ili 90-cı yerdə başa vuran yığma bu dəfə yeni ilə 117-ci pillədə yollanacaq. Belə uğursuzluq milli tarixinin ən bərbad göstəricilərindən biridi.
FİFA reytinqində 1994-cü ildə peyda olan komandamız özünün 24-cü ilini yekunlaşdırıb. İndiyədək yalnız 1 dəfə daha acınacaqlı yuvarlanma qeydə alınıb. Bu da 2014-cü ilə təsadüf edib. Həmin ilin sonunda 135-ci olan yığma 2013-cü illə müqayisədə 41 addım geriləmişdi.
Maraqlıdı ki, iki ən böyük uğursuzluq məşqçi dəyişikliyi olan vaxta təsadüf edib. 2014-cü ildə Berti Foqts postundan ayrılmış, Robert Prosineçki müqavilə imzalasa da, debütün intizarında idi.
Eyni durum indi də yaşanır. Bu dəfə Prosineçki gedib, Qurbanovsa debütü gözləyir. Hər iki mütəxəssis komandanı “zirzəmi”də qəbul edib ki, bu da onlara irəliləmək üçün daha geniş imkan yaradır.
Millimiz ilin yekunlarında
|
il |
yer |
+/- |
|
1994 |
147 |
- |
|
1995 |
141 |
6 |
|
1996 |
125 |
16 |
|
1997 |
123 |
2 |
|
1998 |
99 |
24 |
|
1999 |
97 |
2 |
|
2000 |
115 |
-18 |
|
2001 |
113 |
2 |
|
2002 |
113 |
0 |
|
2003 |
119 |
-6 |
|
2004 |
113 |
6 |
|
2005 |
114 |
-1 |
|
2006 |
125 |
-11 |
|
2007 |
115 |
10 |
|
2008 |
134 |
-19 |
|
2009 |
114 |
20 |
|
2010 |
98 |
16 |
|
2011 |
112 |
-14 |
|
2012 |
118 |
-6 |
|
2013 |
94 |
24 |
|
2014 |
135 |
-41 |
|
2015 |
117 |
18 |
|
2016 |
90 |
27 |
|
2017 |
117 |
-27 |