[b]Terimin müqavilə müddəti bəlli oldu[/b]
22.12.2017 - 14:24
[b]Terimin müqavilə müddəti bəlli oldu[/b]

Fatih Terimin “Qalatasaray”a keçidi rəsmiləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis bu gün rəsmi müqaviləyə qol çəkib.

 

64 yaşlı çalışdırıcı 4-cü dəfə “sükanı arxası”na keçdiyi “cim-bom”la il yarımlıq sazişə qol çəkib. Bu gün “Türk Telekom Arena” stadionunda Terimin təqdimetmə mərasimi təşkil olunacaq.

 

Onun köməkçilərinin Hasan Şaş və Yohan Elmander olması gözlənilir.