[b]Tərlan Əhmədov 43 yaşında![/b]
17.11.2014 - 15:12
[b]Tərlan Əhmədov 43 yaşında![/b]

Bu gün AZAL futbol klubunun baş məşqçisi Tərlan Əhmədovun doğum günüdü. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq kapitanı 43 yaşını qeyd edir.

 

Parlaq karyerası ilə ölkə futbolunun tarixinə düşən Əhmədov ilk dəfə bu şad gününü “təyyarəçilər”lə keçirəcək. Futbolçu kimi, 1990-cı ildə Avropa çempionu titulunu qazanan müdafiəçi 2009-cu ildən məşqçilik fəaliyyətinə başlayıb.

 

Apasport.az saytının kollektivi Əhmədovu doğum günü münasibətilə təbrik edir, ona futbolçu kimi qazandığı uğurları məşqçi postunda da təkrarlanmasını arzulayır.