[b]Tərlan Əhmədov: Rəhbər işçilərə qadağa qoymuşdum[/b]
12.05.2018 - 21:12
[b]Tərlan Əhmədov: Rəhbər işçilərə qadağa qoymuşdum[/b]

“Komandamı, fanatları təbrik edirəm. Uzun məsafə qət edib, bizə dəstək oldular”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XXVII turunda “Səbail”i qəbul edən “ağ-qaralar” 3:1 hesablı qələbə qazanıb.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun qələbə şərhi belə olub: “8 aylıq işimin bəhrəsini görməyə çalışıram. 3-cü yerə şansımız varsa, bundan yararlanmaq istəyirik. Oyundan razı qalmadım. İstədiyim futbolu görə bilmədim. Amma nəticədən razı qaldım. Sadəcə, kompakt oyundan məmnun qaldım. Hər halda təzyiq də var. Komanda 3-cü yer uğrunda yarışır. Komandanı qəbul edəndə 1 xalımız var idi. Bu gün qələbə bizə lazım idi”.

 

- Digər oyunların nəticəsi ilə maraqlınırdınızmı?

- Xeyr. Bu gün bütün rəhbər işçilərə qadağa qoymuşdum ki, başqa oyunların nəticəsi komandaya bildirilməsin. Yalnız öz oyunumuza köklənmişdik. Rəqib düşərgələrdə baş verənlər mənim üçün qapalı idi.

 

- Son vaxtlar tez-tez söz-söhbətlər çıxır. Bu, sizin komandanın hazırlığına təsir edirmi?

- Bu gün nəticə varsa, deməli, təsir etmir. Komandanı qəbul edəndə deyirdilər ki, bütün futbolçuları göndərmək lazımdı. İki şeyi heç vaxt deməmişəm: bu komanda mənimdi və mənə vaxt verin. Bu futbolçularla oynadım. Təzyiqlərin çox olacağını da bilirdim. Qələbə qazandıqca da bu təzyiqlər artır. Başda mən olmaqla bütün futbolçular hansı klubda çalışdıqlarını dərk edirlər.