[b]Tərlan Əhmədov: Uğursuz seriyaya son qoyduq[/b]
29.11.2014 - 17:31
[b]Tərlan Əhmədov: Uğursuz seriyaya son qoyduq[/b]

“Futbolçularım belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər. “Qarabağ”la oyundan sonra heyəti qurmaq çətin idi. Limit məsələsinə görə müəyyən dəyişikliklər etməli idik”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XIV turunda “Sumqayıt”ı qəbul edən AZAL 3:2 hesablı qələbə qazandı. Əhmədov bildirib ki, ilk hissədə hər iki komandanın ifasında mübarizəli oyun getməyib: “Amma ikinci hissədə ssenari dəyişdi. 3-cü qolu vurduqdan sonra komandanı bir qədər geri çəkdim. Əsas məqsəd rəqibi sürətli əks-hücumlarda yaxalayıb 4-cü qolu vurmaq idi. Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Qarşıda bizi “Neftçala” ilə çətin kubok oyunu gözləyir. Həmin oyuna hazırlaşmalıyıq”.

 

Qeyd edək ki, AZAL oyunun gedişində 1:2 hesabı ilə geri düşsə də, ardıcıl 2 qolla görüşü xeyrinə dəyişib.