[b]Tərlan Əhmədov niyə istefa verməlidi?[/b]
08.05.2018 - 15:32
[b]Tərlan Əhmədov niyə istefa verməlidi?[/b]

"Neftçi"nin sosial şəbəkədə ən böyük azarkeş səhifələrindən biri sorğu keçirib: "Tərlan Əhmədov: getsin, qalsın?". Şərh yazanların  90%-dən artığı qalmasına tərəfdardı. Təbiidi, son 4-5 ili fiasko olan komandanı mürdəşir əlindən alan biri kimi...

Yerdə qalan da getməyinin deyil, daha populyar kiminsə gətirilməsinin lehinədi.

Qəribə görünən əsas detal isə klubun prezidenti Kamran Quliyevin digər sorğuda "getsin"ə səs verməsidi. O Quliyev ki, nüfuzlu xarici universitet təhsili, mükəmməl natiqlik qabiliyyəti, təhlil imkanları, intuisiyası var.

Əhmədovun yanında olduğunu  açıqlayan və bununla müsbət rəy formalaşdıran rəhbərlik son addımda uğursuz gediş etdi.

Aydın olur ki, danışıqda bir, realda başqa davranış sərgilənir...

İndi siz Əhmədovun durumunu təsəvvür edin. O, camiədə tək komandadaxili iqlim pozulmamaları deyil, paralel olaraq klubdaxili fikir ayrılıqlarının da təsirindədi. Belə deyilsə də, artıq belə göründü. Bu da səhv siyasətin doğurduğu fikir.

Belə bir vəziyyətdə son 4-5 ildə yuvarlandığı biabırçı nəticələrdən xilas olan komanda Əhmədovdan daha yaxşısına layiqmiş (?). Həqiqətənmi, mükafatçılar sırasına düşməyi yadırğamış bir komandanın vəziyyətini düzəldən baş məşqçi göndərilməlidir? Tərsinə məntiq?

Əhmədovun personajı uğursuzluqlardan xali deyil. Ancaq qınanma dozasını artırmaq anormaldı. Əhmədovun subyektiv çatışmazlıqlarını obyektivə də qatmaq isə artıq qərəzdən xəbər verir.

Rəhbərliyin burda rolunu qabardanları anlamaqda çətinlik çəkrisiniz? Elə biz də...

P.S. Qara PR onda faydalı olur ki, məqamı doğru təyin edilir. Əsas budur. Sonra gəlir sərrast arqumentlər, tutarlı tezislər və s. faktorlar. Bunlarda boşluğa yol verilibsə, gülməli...

 

Futbolpress.az