Terri Premyer Liqa bombardiri oldu
10.05.2015 - 20:40
Con Terri “Çelsi” – “Liverpul” oyununda hesabı açmaqla yeni bir rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, matçın 5-ci dəqiqəsində fərqlənən müdafiəçi İngiltərə Premyer Liqasında ümumilikdə 39-cu qolunu vurub.
Bu mövsüm meydana çıxdığı 35-ci oyunda 5-ci dəfə qol sevinci yaşayan 34 yaşlı futbolçu bu göstərici ilə "Everton"un keçmiş müdafiəçisi Devid Ansuortanı geridə qoyaraq Premyer Liqa tarixində müdafiəçilər arasında ən yaxşı bombardir olub.
0
0