Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Bakıda brifinq keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı funksioner Azərbaycanda ilk səfəri ilə bağlı təəssüratlarını açıqlayıb, Bakı-2015-in hazırlıqları barədə danışıb.
- Bakıda ilk dəfə səfərdə olursuz. Paytaxtımızla bağlı təəssüratlarınız necədi?
- Həqiqətən də burada çox böyük inkişaf gedib. Mən bu bərədə eşitmişdim. Lakin ölkənizə birinci dəfə səfər edirəm və bu inkişafı öz gözümlə görə bildim. Azərbaycanda idmana olan diqqət və idmanın inkişafı da məni çox təəccübləndirdi. Bu baxımda ölkənizə gəlməyi çox vacib hesab etdim. Ölkənizdə gördüklərimə əsasən qeyd edə bilərəm ki, Azərbaycanı işıqlı gələcəyə aparan əsas amil - gənclərin inkişafına kömək edən idmandı.
- 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı nə deyə bilərsiz? Hazırlıqları necə qiymətləndirirsiz və hansısa tapşırıqlarınız olacaqmı?
- Azərbaycan gəldikdən sonra əmin oldum ki, Bakı-2015-ə hazırlıqlar çox yüksək səviyyədə gedir. Bunun ölkənizin gələcək imici üçün, tanınması baxımından çox vacib bir hadisə olacağını düşünürəm. Avropa Oyunları Azərbaycanın dünya idmanına verdiyi töhfə hesab olunacaq.
- Bir qədər öncə Ermənistana səfər etmişdiz. Bu ölkənin Milli Olimpiya Komitəsinin Bakı-2015-də iştirakı üçün tələbləri və istəkləri nə idi?
- Bakı-2015-də bütün Avropa ölkələrinin iştirak edəcəklərini düşünürəm. Bunun üçün heç bir maneə olmayacaq. Çünki idman elə bir vasitədi ki, körpü rolunu oynayır. Bütün xalqlar idman vasitəsilə bir araya gəlir və sülh qurmağa başlayırlar.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı