Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, 80 günlük istirahətdən sonra turnir 3 oyunla başlayıb.
Maliyyə problemi ilə üzləşdiyi üçün hədəfini kiçildən “Neftçi” ilk turda əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edib. Tərəflərin qarşılıqlı cəhdlərinə baxmayaraq heç bir komanda fərqlənə bilməyib. Qarşılıqlı qol epizodları ilə davam edən matçda hesab açılmayıb.
Bu gün meydana çıxacaq debütant “Zirə” Premyer Liqada ilk matçını AZAL-a qarşı keçirib. Adil Şükürovun yetirmələri ilk elitadakı ilk matçındaca qələbə qazanıb. Premyer Liqanın yenisi rəqibini "öz silahı" ilə vurub. Belə ki, AZAL-dan transfer olunan Viktor İqbokoyi yeni komandasına sevinc, köhnə klubuna isə kədər bəxş edib.
Yaşayıb-yaşamayacağı uzun müddət müzakirə mövzusu olan, buna baxmayaraq, Avropa Liqasında 2 mərhələ adlayan “İnter” isə "Xəzər Lənkəran"ın qonağı olub. "Bankirlər" Avroliqadan fərqli olaraq milli çempionata heç də uğurlu başlaya bilməyiblər. Cənublular 2 cavabsız qolla qalib gəlib.
Topaz Premyer Liqası
I tur
9 avqust (bazar)
“Neftçi” – “Kəpəz” - 0:0
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
“Bakcell Arena”
“Neftçi”: Aqil Məmmədov, Melli, Aylton, Araz Abdullayev, Ruslan Qurbanov, Erik Ramos, Rəhman Hacıyev, Kaue, Samir Məsimov, Kamal Qurbanov, Elvin Bədəlov
Ehtiyat oyunçular: Maksim Vaylo, Rahil Məmmədov, Elşən Abdullayev, Məhəmməd Qurbanov, Fəhmin Muradbəyli, Mirabdulla Abasov, Məqsəd İsayev
Baş məşqçi: Samir Əliyev
“Kəpəz”: Tadas Simiatis, Tural Axundov, Tərlan Quliyev, Şəhriyar Əliyev, Şəhriyar Rəhimov, Kərim Diniyev, Budaq Nəsirov, Junior Martins, Junior da Silva, Tural Rzayev, Aleksandr Stnik
Ehtiyat oyunçular: Eyyub Əliyev, Tural Nərimanov, Elvin Cəbrayıllı, Ceyhun Cavadov, Bəxtiyar Soltanov, Murad Ağakişiyev, Azad Kərimov
Baş məşqçi: Şahin Diniyev
“Zirə” – AZAL - 1:0
Qol: İqbokoyi, 6
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
“Zirə”: Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Sadiq Quliyev, Aleksandr Şemonyayev, Luis Alberto, İqor İvanoviç, Rəşad Abdullayev, Təmkin Xəlilzadə, Rihario, Viktor İqbokoyi
Ehtiyat oyunçular: Kamal Bayramov, Ruslan Cəfərov, Hacı Əhmədov, Tərzin Cahangirov, Tellur Mütəllimov, Nicat Qurbanov, İlkin Muradov
Baş məşqçi: Adil Şükürov
AZAL: Stanislav Namaşko, Tural Hümmətov, Qvanzan Maqomedov, Kamil Hüseynov, Tagim Novruzov, Tərlan Xəlilov, Seymur Əsədov, Nuqzar Kviritiya, Məhəmməd Bədəlbəyli, Murad Səttarlı, Emin Cəfərquliyev
Ehtiyat oyunçular: Polad Mirzəzadə, İlqar Ələkbərov, Elmin Çobanov, Aydın Qasımov, İsmayıl İbrahimli, Kamal Mirzəyev, Müşviq Teymurov
Baş məşqçi: Tərlan Əhmədov
“Xəzər Lənkəran” – “İnter” - 2:0
Qol: Elnur Cəfərov, 7, Rahid Əmirquliyev, 31
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
“Xəzər Lənkəran”: Orxan Sadıqlı, Rasim Ramaldanov, Elşən Rzazadə, Kazım Kazımlı, İlyas Səfərzadə, Rahid Əmirquliyev, Tural Cəlilov, Orxan Əliyev, Adrian Skarlatake, Elnur Cəfərov, Mahsum Qəmbərli
Ehtiyat oyunçular: Tərlan Qasımzadə, Fərid Əsədov, İbrahim Qədirzadə, Zaman Mirzəzadə, Kamran Abdullazadə, Elvin Mirzəyev, Anar Babazadə
Baş məşqçi: Yunis Hüseynov
“İnter”: Səlahət Ağayev, Laşa Kasradze, Denis Silva, Nika Kvekveskiri, Nizami Hacıyev, Rauf Əliyev, Zurab Xizanişvili, Mirhüseyn Seyidov, İlkin Qırtımov, Dieqo Martins, Fuad Bayramov
Ehtiyat oyunçular: Georgi Lomaya, Xuan Fransisko, Elnur Abdullayev, Stepan Polyak, Mirsahib Abbasov, Mənsuz Nəhavəndi, Yuri Fomenko
Baş məşqçi: Zaur Svanadze