Topaz Premyer Liqasının arxada qalan I dövrəsində 18 ölkədən olan futbolçular qol sevinci yaşayıb. Apasport.az saytının məlumatına görə, baş tutan 45 qarşılaşmada qeydə alınan 91 qoldan birinin avtoqol olduğunu nəzərə alsaq, digər topları Azərbaycan təmsilçiləri ilə yanaşı, 17 ölkədən gələn legionerlər vurub.
Milliləşən legionerləri yetirməsi olduğu ölkənin üzvü kimi saysaq, rəqib qapısına yol tapan 53 oyunçudan 25-i yerli, 28-i əcnəbidi. Onların vurduğu 90 qoldan 35-i təmsilçilərimizin, 55-i gəlmələrin hesabındadı.
55 dəfə fərqlənən 27 legionerə baxdıqda, braziliyalıların üstünlüyü diqqət çəkir. Çempionatımızda qol sevinci yaşayan 7 “sambaçı” 17 dəfə fərqlənib. 9 qola sevinən ukraynalılar bu göstəricidə 3-cüdüsə, digər ölkələr böyük fərqlə geridə qalır.
|
Ölkə |
Qol vuran futbolçular |
Qol |
|
Azərbaycan |
25 |
35 |
|
Braziliya |
7 |
17 |
|
Ukrayna |
3 |
9 |
|
Rusiya |
3 |
4 |
|
İsveç |
1 |
4 |
|
Gürcüstan |
2 |
3 |
|
Monteneqro |
1 |
3 |
|
Almaniya |
1 |
2 |
|
Argentina |
1 |
2 |
|
Bosniya və Herseqovina |
1 |
2 |
|
İspaniya |
1 |
2 |
|
Estoniya |
1 |
1 |
|
Kametun |
1 |
1 |
|
Mali |
1 |
1 |
|
Nigeriya |
1 |
1 |
|
Paraqvay |
1 |
1 |
|
Salvador |
1 |
1 |
|
Serbiya |
1 |
1 |