Topaz Premyer Liqasında mövsümün ikinci yarısında hansı klubunda daha çox futbolçuya güvənməsi, legionerlərin komandalardakı “çəkisi” məlum olub. Apasport.az saytının hesablamalarına görə, 2015-ci ilin arxada qalan 41 çempionat oyununda meydana 182 futbolçu çıxıb.
“İnter” hamıdan çox – 23, “Neftçi” və “Xəzər Lənkəran” hərəyə 22 oyunçunun xidmətindən yararlanıb. “Sumqayıt” isə digərlərindən az – 17, “Qarabağ” 18 futbolçuyla yoluna davam edib.
182 oyunçudan 106-sı yerli, 48-i isə milliləşənlər də daxil olmaqla legionerlərdi. Ən çox əcnəbi “İnter”dədi - 16. “Bankirlər” kimi, “Neftçi” və “Simurq”da da yerlilər legionerlərdən azdı. Çempionatın lideri “Qarabağ”da isə gəlmələrlə azərbaycanlı futbolçuların sayı bərabərdi. Ən az legioner isə Premyer Liqanın autsayderi “Bakı”dadı – 2. “Xəzər Lənkəran”da isə 4 əcnəbi çıxış edir.
|
komanda |
Oyunçu sayı |
yerli |
legioner |
Ümumi oyun sayı |
yerli |
legioner |
|
İnter |
23 |
9 |
16 |
125 |
41 |
84 |
|
Neftçi |
22 |
10 |
12 |
139 |
61 |
78 |
|
Xəzər L |
22 |
18 |
4 |
123 |
97 |
26 |
|
Simurq |
21 |
9 |
12 |
126 |
54 |
72 |
|
AZAL |
20 |
13 |
7 |
134 |
73 |
61 |
|
Bakı |
20 |
18 |
2 |
125 |
112 |
13 |
|
Qəbələ |
19 |
10 |
9 |
122 |
55 |
67 |
|
Qarabağ |
18 |
9 |
9 |
120 |
58 |
62 |
|
Sumqayıt |
17 |
10 |
7 |
106 |
40 |
66 |
|
|
182 |
106 |
78 |
1120 |
591 |
529 |