Topaz Premyer Liqasının XI turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalardan üçü oktyabrın 31-də, ikisi noyabrın 2-də keçiriləcək.
Klubların razılığı nəzərə alınaraq “Kəpəz” - “Qəbələ” matçının yeri dəyişdirilib. Oyun Gəncədə deyil, Qəbələdə baş tutacaq. Bundan başqa, “Sumqayıt” – “Neftçi” qarşılaşması noyabrın 2-nə keçirilib.
Topaz Premyer Liqası
XI tur
31 oktyabr (şənbə)
16:00. “İnter” – “Zirə”
“İnter Arena”
18:00. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – AZAL
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
02 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
21:00. “Rəvan” – “Xəzər Lənkəran”
“Bayıl Arena”