[b]Topaz Premyer Liqasında 7 cəzalı[/b]
18.04.2016 - 10:11
[b]Topaz Premyer Liqasında 7 cəzalı[/b]

Topaz Premyer Liqasının XXX turu 7 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, ikinci sarı vərəqə üzündən meydandan qovulan Saşa Yunisoğlu növbəti turda “Rəvan”a kömək edə bilməyəcək.

 

“Qəbələ” ilə səfər matçında cəzalanan müdafiəçi AZAL-la ev qarşılaşmasını buraxmalıdı. Digər 6 oyunçu isə sarı vərəqə limitinə görə XXXI turda “istirahət” edəcək. Elə AZAL da paytaxt derbisinə tam heyətlə çıxa bilməyəcək. “Sumqayıt”la ev oyununda 8-ci sarı vərəqəsini alan Emin Cəfərquliyev “Rəvan”la matçı tribunadan izləməlidi.

 

Daha ağır zərbə “Qəbələ”yə dəyib. “Rəvan”ı məğlub edən əyalət klubu iki oyunçusunun xidmətindən məhrum olub. Elvin Camalov 8-ci, Vojislav Stankoviç 4-cü sarı vərəqəsini aldığından “Xəzər Lənkəran”la görüşdə “18-lik”dən kənarda qalacaq.

 

“Qarabağ”a uduzan “Neftçi” həm də ən yaxşı bombardirini itirib. Belə ki, 12-ci xəbərdarlığını alan Ruslan Qurbanov mövsümdə 3-cü dəfə cəzalı duruma düşüb. O, “Zirə” ilə ev matçını buraxacaq. “Neftçi” sarı vərəqə sayını 8-ə çatdıran, bundan başqa hesabında 2 “qırmızı” da olan Aylton Silvanı da itirib.

 

“Sumqayıt” isə Aleksandr Çertoqanov isə “Kəpəz”lə ev görüşündə meydana çıxmayacaq. AZAL-la səfərdəki qarşılaşmada alınan sarı vərəqə onun üçün 8-ci olub.

 

0