[b]Topaz Premyer Liqasında debütant hakim[/b]
06.05.2016 - 11:00
[b]Topaz Premyer Liqasında debütant hakim[/b]

Topaz Premyer Liqasında XXXIII turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ən çox diqqət çəkən “Qarabağ” – “Sumqayıt” görüşünə göndərilən referidi.

 

Belə ki, artıq çempionluğu təmin edən “Qarabağ” üçün formal xarakter daşıyan matçda ədalət təmsilçisi Rövşən Rəcəbov olacaq. Bu, Rəcəbovun Premyer Liqada ilk oyunu olacaq.

 

7 may (şənbə)
15:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Kəpəz”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
“Xəzər Lənkəran” mərkəzi stadionu
 

17:00. “Rəvan” – “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
“Bayıl Arena”
 

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
“İnter Arena”

19:05. “Neftçi” – AZAL
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
“Əlincə Arena”