Topaz Premyer Liqasında 2016/17 mövsümünün ilk 3 turunun təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası püşkatması iyulun 26-da baş tutan çempionatın təqviminin ilk hissəsini müəyyənləşdirib.
Qurrumun rəsmi saytı Premyer Liqanın tam təqvimini isə avqustun 25-dən sonra müəyyənləşəcək. Buna səbəb “Qarabağ” və “Qəbələ” klublarının avrokuboklarda çıxışını davam etdirməsidir. Nəticələrə uyğun olaraq, Premyer Liqanın tam təqvimi tərtib olunacaq.
Qeyd edək ki, 20-21 avqust tarixində keçiriləcək “Qarabağ” – “Neftçi” və “Qəbələ” – “Sumqayıt” matçlarının günü klublarımızın avrokuboklardakı oyunlarına görə dəyişdirilə bilər.
Topaz PremyerLiqasının
TƏQVİMİ
2016-cı il
02 avqust
Çempionlar Liqası (III təsnifat mərhələsi)
“Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya)
04 avqust
Avropa Liqası (III təsnifat mərhələsi)
“Qəbələ” (Azərbaycan) – “Lill” (Fransa)
Topaz Premyer Liqası
Birinci dövrə
I tur
06 avqust (şənbə)
1. AZAL (Bakı) – “Neftçi” (Bakı)
2. “Zirə” (Bakı) – “Sumqayıt” (Sumqayıt)
07 avqust (bazar)
3. “Qəbələ” (Qəbələ) – “Kəpəz” (Gəncə)
4. “Qarabağ” (Ağdam) – “İnter” (Bakı)
II tur
11 avqust (cümə axşamı)
5. “Sumqayıt” – “Qarabağ”
12 avqust (cümə)
6. “İnter” – “Qəbələ”
13 avqust (şənbə)
7. “Kəpəz” – AZAL
14 avqust (bazar)
8. “Neftçi” – “Zirə”
16- 18 avqust
Çempionlar Liqası və Avropa Liqası (pley-of)
III tur
19 avqust (cümə)
9. “Zirə” – AZAL
10. “İnter” – “Kəpəz”
20 avqust (şənbə)
11. “Qarabağ” – “Neftçi”
21 avqust (bazar)
12. “Qəbələ” – “Sumqayıt”