Topaz Premyer Liqasının X turu meydan sahibləri üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, II dövrənin ilk turunda qonaqlar məğlubedilməz olub.
Belə ki, öz meydanında oynayan 5 komandanın qazancı cəmisi 2 xaldı. İki heç-heçəylə kifayətlənən meydan sahibləri 3 görüşdə uduzub. Qonaqların qapısına 4 dəfə yol tapan birincilər 8-ni buraxıb.
Bu isə mövsümün antirekordudu. Əvvəlki 9 turda meydan sahibləri ən azı 1 qələbə qazanırdı.
X tur
29 oktyabr (çərşənbə)
“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:2
Məhəmməd Qurbanov, 43 // Fernando Qabriel, 26; Alfred Sanko, 65
“İnter” – “Qarabağ” – 0:0
“Araz Naxçıvan” – “Qəbələ” – 0:1
Pavol Farkaş, 20
“Bakı” – “Neftçi” – 1:3
Nurlan Novruzov, 55 // Julius Vobay, 38; Araz Abdullayev, 62; Kaue da Silva, 85
AZAL – “Simurq” – 2:2
Rəşad Abdullayev, 57 (p.); Eduardo Makiel, 80 // Samir Zərgərov, 15; Əli Gökdemir, 90+1