Topaz Premyer Liqasının XI turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah start götürəcək turun “İnter”lə “Zirə” arasında mərkəzi oyunu sabiq FİFA hakimi Fariz Yusifova tapşırılıb.
İlk “beşlik”də qərarlaşanların iştirakı ilə keçiriləcək “Qəbələ” – “Kəpəz” görüşündə isə Əliyar Ağayev fit çalacaq. Onunla yanaşı, digər FİFA hakimi Orxan Məmmədov XI turun oyununu idarə edəcək. Eyni statusa malik Rəhim Həsənov isə bu turda dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Topaz Premyer Liqası
XI tur
31 oktyabr (şənbə)
16:00. “İnter” – “Zirə”
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“İnter Arena”
18:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu
19:00. “Qarabağ” – AZAL
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
02 noyabr (bazar ertəsi)
19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əli Hüseynov
Mehdi Hüseynzadə adına şəhər stadionu
21:00. “Rəvan” – “Xəzər Lənkəran”
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”