[b]TPL: XXIII turun oyun cədvəli açıqlandı[/b]
10.04.2018 - 10:55
[b]TPL: XXIII turun oyun cədvəli açıqlandı[/b]

Topaz Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həftəsonuna təsadüf edəcək turun görüşləri iki gün ərzində keçiriləcək.

 

İlk oyun günündə lider “Qarabağ”la autsayder “Kəpəz” üz-üzə gələcəksə, digər matçlar bazar günü baş tutacaq. Turun mərkəzi oyununda “Zirə” “Neftçi”ni qəbul edəcək.

 

Topaz Premyer Liqası

XXIII tur

14 aprel (şənbə)

16:00. “Kəpəz” – “Qarabağ”
Gəncə şəhər stadionu


15 aprel (bazar)

17:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu

 

18:00. “Sumqayıt” – “Keşlə”
Sumqayıt. Şəhər stadionu


19:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu

 

Mənbə: pfl.az