Topaz Premyer Liqasının 2014/15 mövsümünün ilk “qapazaltı” komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXIX turun səfər oyununda da “Qarabağ”a məğlub olan AZAL mövsümdə 4-cü dəfə ağdamlılarla qarşılaşmanı xalsız tərk edib.
Rəqibinə 12 xal verən “təyyarəçilər” mövsümün ilk belə uğursuzu olub. IV dövrədə üz-üzə gələn digər 7 cütün heç birində komandalardan biri digərinə aşkar üstələməyib.
Son görüşdə əzmkar qələbə qazanan “Qarabağ” hər iki ev oyununda 3 xalı eyni – 2:1 hesabı ilə qazanıb. AZAL-ın meydanında qol buraxmadan quru qələbələrə sevinən Qurban Qurbanovun yetirmələri əvvəl böyük, sonra minimal hesabla qalib gəlib.
4 oyunun ümumi nəticəsində isə “Qarabağ” 8, AZAL 2 qol vurub. Leroy Corc və Reynaldo Silva bu matçlarda 2 dəfə fərqlənib. Sonuncu hər iki səfər qarşılaşmasında qola sevinibsə, hollandiyalı ilk və son dueldə rəqib qapısına yol tapıb.
V tur
13 sentyabr (şənbə)
AZAL – “Qarabağ” – 0:3
Marinaldo Silva, 20; Leroy Corc, 42; Reynaldo Silva, 66 XIII tur
23 noyabr (bazar)
“Qarabağ” – AZAL – 2:1
İlqar Qurbanov, 30; Eltun Yaqublu, 57 (ö.q) - Rəşad Abdullayev, 61 (p.)
XXI tur
11 fevral (çərşənbə)
AZAL – “Qarabağ” – 0:1
Reynaldo Silva, 57
XXIX tur
09 aprel (cümə axşamı)
“Qarabağ” – AZAL - 2:1
Leroy Corc, 20; Vüqar Nadirov, 50 - Seymur Əsədov, 10