[b]Topaz Premyer Liqasının təqvimində dəyişiklik[/b]
23.10.2015 - 10:21
[b]Topaz Premyer Liqasının təqvimində dəyişiklik[/b]

Topaz Premyer Liqasının XI turunun təqvimində dəyişiklik ediləcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, noyabrın 1-ə təyin edilən qarşılaşmalar planlaşdırıldığı vaxtda oynanılmayacaq.

 

Buna səbəb həmin gün Azərbaycanda parlament seçkilərinin keçirilməsidi. Bunu nəzərə alan Peşəkar Futbol Liqası (PFL) oyunların oktyabrın 31-də baş tutmasını qərara alıb.

 

Qeyd edək ki, XI turda “Qarabağ” – AZAL, “Kəpəz” – “Qəbələ”, “İnter” – “Zirə”, “Sumqayıt” – “Neftçi” və “Rəvan” – “Xəzər Lənkəran” oyunları keçiriləcək.

0