[b]Türkiyə Kuboku: Gözlənilən oldu[/b]
04.05.2018 - 01:48
[b]Türkiyə Kuboku: Gözlənilən oldu[/b]

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Beşiktaş” və “Fənərbaxça” arasında keçirilən və yarıda qalan cavab qarşılaşması gözlənildiyi kimi yenidən baş tutmayıb. Apasport.az saytının məlumatına görə, oyunun mayın 3-də qaldığı yerdən (57-ci dəqiqə) davam etdirilməsi qərara alınmışdı.

 

Lakin “Beşiktaş” əvvəlcədən də elan etdiyi kimi, görüşə çıxmaqdan imtina edib. “Fənərbaxça” futbolçuları meydanda isinmə hərəkətləri edib, rəqibi gözləsə də, qonaq komanda oyuna gəlməyib.

 

Sözügedən qarşılaşma ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. İlkin ehtimallara görə, “Beşiktaş”a texniki məğlubiyyət veriləcək və “Fənərbaxça” finala yüksələcək. “Qara qartallar”ı üstəlik digər cəzalar da gözləyir.

0