Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, eyni gündə 2 görüş baş tutub.
Günə Azərbaycan çempionu “Lokomotiv” start verib. Fərid Cəlalovun rəhbərlik etdiyi komanda yenidən yüksək liqaya qayıdan “Sərhədçi”ni məğlub edib - 3:1.
Turun ikinci matçında “Neftçi” “Ekspress”i sınağa çəkəcək. “Ağ-qaralar” startdakı məğlubiyyətin əvəzini debütantdan çıxmağa çalışacaqlar.
Ötən il bürünc medallar uğrunda görüşdə məğlubiyyətə üzülən MOİK-lə 18 yaşadək yığmamızın oyunu təxirə salınıb.
Qeyd edək ki, yüksək liqanın açılış matçında baş tutan “Lokomotiv” – “Neftçi” oyunu (3:0) II turun görüşü olduğundan, bu tur hər iki komanda meydana çıxıb. "Ekspress"lə oynayan "Neftçi" 3:0 hesablı qələbəyə sevinib (25:15, 25:14, 25:12)
Əvəzində çempionatın 7-ci komandası – “Naxçıvan” istirahət edib.
Azərbaycan Yüksək Liqası
I dövrə
I tur
27 yanvar
“Lokomotiv” – “Sərhədçi” - 3:1 (21:25, 25:17, 25:21, 25:20)
“Neftçi” – “Ekspress” - 3:0 (25:15, 25:14, 25:12)
18:00. MOİK – U-18 (təxirə salınıb)