[b]Türk hücumçu “Roma”da[/b]
13.07.2017 - 19:39
[b]Türk hücumçu “Roma”da[/b]

“Roma” “Başakşəhər”in gənc oyunçusu Cengiz Ündərin transferini həll edib. Apasport.az saytının məlumatına görə, türk hücumçu sabah İtaliya paytaxtına yollanacaq.

 

“Canavarlar” oyunçunun keçidini maraqlı metodla açıqlayıblar. Rəsmi tvitter hesabı vasitəsilə təyyarə bileti fotoso paylaşan “Roma” Cengizin “yol üstdə” olduğuna işarə vurub.

 

İtaliyalılar bu keçid üçün “Başakşəhər”ə 15 milyon avro ödəyəcək. Bundan əlavə türklər hücumçunun növbəti transferindən də 20% qazanacaq.