[b]Türkiyə 3 qolla qalib gəldi[/b]
28.03.2017 - 09:16
Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, üç qarşılaşma baş tutub.
Bunlardan ikisində Afrika, birində Avropa təmsilçiləri üz-üzə gəlib. Qonşu Türkiyə öz meydanında Moldova ilə qarşılaşıb.
“Ay-ulduzlular”ın heyətində qolları Əmrə Mor, Ahmed Çalık və Çengiz Öndər vurublar. Qonaqlar yalnız matçın sonunda Ginsarinin qolu ilə fərqi azaltmağı bacarıb.
Yoldaşlıq oyunları
27 mart
Türkiyə - Moldova – 3:1
Mavritaniya – Konqo – 2:1
Seneqal – Fil Dişi Sahili – 1:1
0
0