[b]Türkiyədən əzmkar qələbə, İngiltərə uduzdu, Almaniya İtaliyanı darmadağın etdi[/b] - YENİLƏNİB
30.03.2016 - 00:52
[b]Türkiyədən əzmkar qələbə, İngiltərə uduzdu, Almaniya İtaliyanı darmadağın etdi[/b] - YENİLƏNİB

Yığma komandaların iştirakı ilə növbəti yoldaşlıq oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya, Çexiya və Norveç də meydana çıxıb.

 

Belə ki, Almaniya millimizin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi olmuş İtaliya ilə qarşılaşıb. 4 qat dünya çempionlarının budəfəki oyununda qapılara 5 qol vurulub. Almaniya İtaliyanı darmadağın edib - 4:1.

 

 Çexiya İsveçlə bərabərə qaldığı halda, Norveç Finlandiyanı məğlub edib.

 

Avropa çempionatının final mərhələsində iştirak edəcək Türkiyə yığması səfərdə Avstriya üzərində əzmkar qələbə qazanıb. Martın 26-da Antalyada keçirilən oyunda millimizə qalib gələn (1:0) Qazaxıstan isə Gürcüstanla bərabərə qalıb.

 

Gecənin ən çox maraq doğuran görüşlərində isə İngiltərə - Hollandiyaya məğlub olub. Portuqaliya Belçikaya, Fransa isə Rusiyaya şans verməyib.

 

Yoldaşlıq görüşləri

29 mart

 

Estoniya – Serbiya - 0:1

Qol: Kolarov, 81

 

Monteneqro – Belarus - 0:0

 

Makedoniya – Bolqarıstan - 0:2

Qollar: Rangelov, 65, Tonev, 87

 

Gürcüstan – Qazaxıstan - 1:1

Qollar: Gelaşvili, 38 - Nurqaliyev, 36

 

Yunanıstan – İslandiya - 2:3

Qollar: Fortunis, 19 (pen.), 31 - Traustosan, 34, İnqason, 70, Siktorson, 82

 

Cəbəllütariq – Latviya - 0:5

Qollar: İkuanikes, 46, 84, Dubra, 53, Sabala, 57, Visnakovs, 82

 

Norveç – Finlandiya - 2:0

Qollar: Berget, 57, Yohansen, 84

 

Lüksemburq – Albaniya - 0:2

Qollar: Sadiko, 63, Çikalleşi, 75

 

Avstriya – Türkiyə - 1:2

Qollar: Yunuzoviç, 22 - Hakan Çalhanoğlu, 43, Arda, 57

 

İsveç – Çexiya - 1:1

Qollar: Berq, 14 - Vidra, 26

 

İsveçrə - Bosniya və Herseqovina - 0:2

Qol: Ceko, 14, Pyaniç, 57

 

Almaniya – İtaliya - 4:1

Qollar: Kroos, 24, Götze, 45, Hektor, 59, Özil, 75 (pen.) - El Şaravi, 83

 

İrlandiya – Slovakiya - 2:2

Qollar: Lonq, 21, Maklin, 24 - Stox, 14, Makşin, 45 (öz qapısına) 

 

Portuqaliya – Belçika - 2:1

Qollar: Nani, 20, Ronaldo, 40 - Lukaku, 62

 

İngiltərə - Hollandiya - 1:2

Qollar: Vardi, 41 - Yansen, 50 (pen.), Narsinq, 78

 

Fransa – Rusiya - 4:2

Qollar: Kante, 8, Jinyak, 38, Paye, 64, Komand, 76 - Kokorin, 56, Jirkov, 68

 

Şotlandiya - Danimarka - 1:0

Qol: Riçi, 8