[b]Türkiyə ilə oyunun vaxtı açıqlandı[/b]
05.04.2018 - 16:29
[b]Türkiyə ilə oyunun vaxtı açıqlandı[/b]

Bakıda keçiriləcək Türk Şurası Universitet İdman Oyunlarında baş tutacaq ilk oyunun vaxtı müəyyənləşib. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, millimiz turnirdəki birinci matçında Türkiyə ilə qarşılaşacaq.

 

Aprelin 7-də oynanılacaq görüş saat 14:00-da start götürəcək.

 

Oyun Azərbaycan Texniki Universitetin idman zalında olacaq.