DÇ-2018-in seçmə mərhələsində sonuncu oyunlarını İslandiya və Finlandiyaya qarşı keçirəcək Türkiyə yığmasının heyəti açıqlanıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Mirça Luçesku 29 futbolçuya dəvət göndərib.
Diqqətçəkən məqamlardan biri Sabri Sarıoğlunun uzun fasilədən sonra yenidən milliyə çağırılması olub.
Qapıçılar: Harun Tekin (“Bursaspor”), Sərkan Kırıntılı (“Konyaspor”), Volkan Babacan (“Başakşəhər”)
Müdafiəçilər: Kaan Ayhan (“Fortuna”, Almaniya), Sabri Sarıoğlu (“Göztəpə”), Mehmet Topal, İsmail Köybaşı (hər ikisi “Fənərbaxça”), Ömər Toprak (“Borussiya” Dortmund, Almaniya), Çağlar Söyüncü (“Frayburq”, Almaniya), Sərdar Əziz (“Qalatasaray”), Caner Erkin (“Beşiktaş”)
Yarımmüdafiəçilər: Əmrə Belözoğlu (“Başakşəhər”), Nuri Şahin (“Borussiya” Dortmund, Almaniya), Səlçuk İnan, Tolqa Ciyərci (“Qalatasaray”), Cengiz Ündər (“Roma”, İtaliya), Əmrə Mor (“Selta”, İspaniya), Oğuzhan Özyakup (“Beşiktaş”), Okay Yokuşlu, Yusuf Yazıcı, Volkan Şən (hamısı “Trabzonspor”), Hakan Çalhanoğlu (“Milan”, İtaliya), Ozan Tufan (“Fənərbaxça”), Yunus Mallı (“Volfsburq”, Almaniya), Arda Turan (“Barselona”, İspaniya)
Hücumçular: Burak Yılmaz (“Trabzonspor”), Cenk Tosun (“Beşiktaş”), Enes Ünal (“Vilyarreal”, İspaniya), Mevlüt Ərdinç (“Başakşəhər”)
Qeyd edək ki, oktyabrın 6-da öz meydanlarında İslandiya ilə qarşılaşacaq “ay-ulduzlular” 3 gün sonra Finlandiya yığmasının qonağı olacaqlar.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”