Türkiyə yığmasının yarımmüdafiəçisi Volkan Şənin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, hücumameyilli futbolçu yenidən “Trabzonspor”a qayıdıb.
“Fənər”lə yollarını ayıran və azad agent statusu daşıyan 30 yaşlı futbolçu “transfer pəncərəsi”nin son günündə “Trabzonspor”la anlaşıb. Sazişə əsasən, 2020-ci ilin yayına qədər “bordo-mavililər”ə məxsus olacaq Volkanın illik maaşı 850 min avro təşkil edəcək. Klub sabah həm onu, həm də digər transferlər Xose Sosa ilə Tomas Huboçanı təqdim edəcək.
Qeyd edək ki, 2011-ci ildə 3,6 milyon avroya “Bursaspor”dan “Trabzonspor”a keçən Volkan Şən 2014-15 mövsümündə azarkeşlərlə yaşadığı gərginlik üzündən komandanı ağlayaraq tərk etmişdi. O, 2015-2017-ci illəri “Fənərbaxça”da keçirib.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib