[b]Türkiyə millisinin üzvü Premyer Liqa klubunda![/b]
07.07.2016 - 11:52
[b]Türkiyə millisinin üzvü Premyer Liqa klubunda![/b]

“Beşiktaş”ın yarımmüdafiəçisi Gökhan Törənin karyerasını harda davam etdirəcəyi dəqiqləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 24 yaşlı futbolçu gələn mövsümdən İngiltərə Premyer Liqasında gücünü sınayacaq.

 

Çünki Türkiyə millisinin üzvünün “Vest Hem”lə danışıqları, nəhayət ki, müsbət nəticələnib. Razılığa görə, London təmsilçisi Gökhanı birillik icarəyə götürüb. Bu isə “Beşiktaş”a 3 milyon avro qazandırıb. Əgər futbolçu İngiltərədə özünü yaxşı tərəfdən göstərə bilsə, “Vest Hem” gələn yay onu 13 milyon avro müqabilində birdəfəlik transfer edə biləcək.

 

Yaxın günlərdə İngiltərəyə yollanacaq Gökhan yeni komandasında tibbi müayinədən keçdikdən sonra məşqlərə başlayacaq.

 

Qeyd edək ki, 2013-cü ildən “Beşiktaş”ın formasını geyinən Gökhan Törənin “ağ-qaralar”la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi. O, “qara qartal”ın heyətində 3 il ərzində 111 rəsmi oyun keçirib, 19 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

0