Fatih Terimlə yollar ayrıldıqdan sonra Türkiyə yığmasının baş məşqçi vəzifəsini əcnəbi mütəxəssis tuta bilər. Apasport.az saytı “Fotospor”a istinadən xəbər verir ki, “ay-ulduzlular” bu posta Loran Blanı gətirmək istəyirlər.
Türkiyə Futbol Federasiyası (TFF) PSJ-nin sabiq çalışdırıcısı ilə danışıqlara start verib. Hazırda işsiz olan Blanın bu təklifə razılıq verəcəyi gözlənilir. Təcrübəli mütəxəssisin qarşı tərəflə müqavilənin şərtlərini müzakirə etdiyi bildirilir.
Məşqçilik fəaliyyətinə 2007-ci ildə başlayan Blan bu vaxta qədər PSJ ilə yanaşı, “Bordo” və Fransa yığmasını da çalışdırıb.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsində 6 turdan sonra 11 xal toplayıb və turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır