[b]Türkiyəli futbolçu karyerasını bitirir[/b]
31.03.2018 - 14:58
[b]Türkiyəli futbolçu karyerasını bitirir[/b]

"Rubin"in türkiyəli futbolçusu Gökdəniz Karadəniz karyerasını bitirir. Apasport.az saytı xəbər verir ki, bu barədə türkiyəli hücumçu "İnstagram"da paylaşım edib.

 

O, bustlarını mismardan asmaq qərarına gəldiyini yazıb. 38 yaşlı futbolçunun “Rubin"lə müqaviləsi mövsümün sonuna qədərdi. Gökdəniz də məhz bundan sonra karyerasını bitirəcək.


Qeyd edək ki, 2003-2008-ci illərdə Türkiyə yığmasının şərəfini qorumuş Gökdəniz Karadəniz “Rubin”ə 2008-ci ildə “Trabzonspor”dan keçib.