Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Əmrə Mor Fransaya köçə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc futbolçu PSJ-nin maraq dairəsindədi.
Ötən mövsüm “Borussiya”da çox az oynamaq imkanı əldə edən 20 yaşlı futbolçunu parislilər 1 illik icarəyə götürmək fikrindədilər. Bununla bağlı Bundesliqa klubuna rəsmi təklif də göndərilib. Anlaşma əldə edilsə, PSJ 1 ildən sonra onu birdəfəlik transfer etmək hüququna malik olacaq.
Türkiyə millisinin üzvü ilə bağlı yekun qərarı “Borussiya”nın yeni baş məşqçisi Lusyen Lavre verəcək. Əmrənin meneceri Muzzi Özcan isə instaqram vasitəsilə Parisdə olduğunu bildirib.
Qeyd edək ki, “Borussiya”ya ötən ilin yayında “Nordsyelland”dan keçən Əmrə Mor dortmundlularla 5 illik müqavilə imzalayıb.