[b]Tyaqo Alkantara “Barselona”ya qayıda bilər[/b]
03.05.2018 - 17:06
[b]Tyaqo Alkantara “Barselona”ya qayıda bilər[/b]

“Bavariya”nın yarımmüdafiəçisi Tyaqo Alkantara 2008-2013-cü illərdə formasını geyindiyi “Barselona”ya qayıda bilər. Apasport.az saytının “El Mundo Deportivo”ya istinadən məlumatına görə, 27 yaşlı futbolçu “Bavariya”da oynamaqdan məmnun olsa da, komandadakı rolundan narazıdı.

 

Alkantara müntəzəm olaraq əsas heyətə düşmək istəyir, lakin son dönəmdə komandanın “start 11-liy”ində onun adına nadir hallarda rast gəlmək olur. Bu səbəbdən, Tyaqonun sabiq klubu “Barselona”ya qayıtması ehtimallar daxilindədi.

 

“Mançester Siti” də ispan futbolçunun xidmətində maraqlıdı.

 

Cari mövsümdə Bundesliqada 17 matçda meydana çıxan Tyaqo Alkantara 2 dəfə fərqlənib.