[b]UEFA-dan “Milan”a “yaşıl işıq” [/b]
08.05.2018 - 20:38
[b]UEFA-dan “Milan”a “yaşıl işıq” [/b]

Maliyyə “feyr-pley” problemləri ilə əlaqədar Avrokuboklarda iştirakı sual altına düşən “Milan” üçün təhlükə sovuşub. Apasport.az saytının məlumatına görə, əgər klub A seriyasında Avropa Liqasına vəsiqə verən yerlərdən birini tutsa, qitənin ali futbol qurumu buna mane yaratmayacaq.

 

Belə ki, UEFA rəsmi saytı vasitəsilə 2018/19 mövsümündə Avrokuboklarda iştirak edə biləcək 14 İtaliya klubunun adını açıqlayıb ki, onların arasında “Milan” da var.

 

Çinli milyarderlərin kluba sahib olmasından sonra “rassionerilər”in 303 milyon avro miqdarında borcu yaranmışdı. Maraqlıdı ki, klub yayda heyətdə dəyişiklik etmək fikrində olmadığını bəyan edib.

 

“Milan”ın Avrokuboklarda iştirak edib-etməmək məsələsi ilə hələ ki, açıq qalıb. A seriyasında mövsümün sonuna iki tur qalmış klub Avroliqaya vəsiqə verən 6-cı pillədə qərarlaşıb. Qatuzzonun komandasını izləyicisi “Atalanata”dan cəmi 1 xal ayırır.