[b]UEFA-dan Azərbaycan klublarına 1 milyon 365 min avro[/b]
04.11.2014 - 13:56
[b]UEFA-dan Azərbaycan klublarına 1 milyon 365 min avro[/b]

Azərbaycan klubları 2014/15 mövsümündə avrokuboklarda çıxışa görə qazandıqları vəsaiti alıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın təmsilçilərimizin təsnifat mərhələlərindəki nəticələrinə əsasən qazandığı məbləği AFFA-nın, sonuncular isə klubların hesabına köçürüb.

 

Ölkəmizin 4 klubu təsnifat mərhələlərində ümumilikdə 1 milyon 365 min avro əldə edib. Çempionlar Liqasında “Qarabağ” mübarizəni 3-cü seçmə mərhələsində dayandırdığı üçün 575 min avro əldə edib.

 

Avropa Liqasında pley-offadək irəliləyən “Neftçi” 420, 2-ci təsnifat mərhələsində dayanan “İnter” 250, elə ilk dueldə çıxışını başa vuran debütant “Qəbələ” 120 min avro əldə edib.

 

Qeyd edək ki, Avropa liqasının qrupuna düşən “Qarabağ”ın qazandığı 1,3 milyon avro da klubun hesabına köçürülmüşdü.