[b]UEFA-nın yeni turniri: Təqvim və namizədlər açıqlandı[/b]
12.04.2018 - 12:56
[b]UEFA-nın yeni turniri: Təqvim və namizədlər açıqlandı[/b]

UEFA 19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının təqvimini və final mərhələsinin təşkilatçılığına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun yeni layihəsi olan turnirə 7 ölkə ev sahibliyi etmək niyyətindədi.

 

Bunlar Xorvatiya, Gürcüstan, Macarıstan, Latviya, Portuqaliya, Rusiya və Ukraynadı. Bu ölkələrdən birinin qəbul edəcəyi final mərhələsi 2019-cu ilin sentyabrın 8-14-də keçiriləcək.

 

UEFA təşkilatçı ölkənin seçimini sentyabrın 27-də açıqlayacaq.

 

Çempionatın seçmə mərhələsinin püşkatması noyabrın 1-də atılacaq. İştirakçı ölkələrin sayı dəqiqləşməyib. Azərbaycanın da ilk qitə birinciliyinə qatılıb-qatılmayacağı bəlli deyil. Ölkəmizdə belə yığma olmadığından komandanın formlaşdırılması lazımdı.

 

Yarışın təsnifat mərhələsi 2019-cu il yanvarın 21-26-da baş tutacaq. Martın 26-31-də təşkil olunacaq əsas mərhələdə isə final turnirinin iştirakçıları dəqiqləşəcək.