[b]UEFA 2 klubla bağlı araşdırmaya başladı[/b]
15.09.2017 - 16:38
[b]UEFA 2 klubla bağlı araşdırmaya başladı[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Arsenal” - “Köln” matçı ilə bağlı UEFA araşdırmaya başlayıb. Apasport.az saytı xəbər verir ki, hər iki klub cəzaya məruz qala bilər.

 

Belə ki, qitə futbol qurumunun açıqlamasında “Köln” azarkeşlərinin məşəl yandırmaları, meydana yad əşyalar atmaları, stadiona zərər vurmaları və qarışıqlığa səbəb olmaları göstərilib. İngiltərə təmsilçisinə isə qonaq komandanın azarkeşləri üçün ayırılan tribunaların pilləkənlərinin dolu olması üzündən cəza tətbiq edilməsi gözlənilir.

 

Araşdırmanın nəticəsi sentyabrın 21-də açıqlanacaq.

 

Qeyd edək ki, “Arsenal”ın 3:1 hesabı ilə qalib gəldiyi görüş üçün Londona gedən 20 min azarkeş “Emireyts” stadionunun ətrafında təhlükəsizliyi pozduğundan, qarşılaşma 1 saat gec başlayıb.

0