[b]UEFA “Qarabağ”ın futbolçusunu ən yaxşı seçdi[/b]
01.11.2017 - 11:03
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko”nun qonağı olan “Qarabağ” Madriddən 1 xalla dönməyi bacarıb. Apasport.az saytı xəbər verir ki, bu uğurda yarımmüdafiəçi Miçelin rolu danılmazdı.
Çünki məhz ispaniyalının həmyerliləri ilə qarşılaşmanın ilk hissəsində başla vurduğu qol Azərbaycan çempionuna xal qazandırıb. 32 yaşlı orta sahə oyunçusunun bu qəhrəmanlığını UEFA da unutmayıb. Belə ki, qitə futbol qurumu məhz onu matçın ən yaxşı futbolçusu seçib.
Qeyd edək ki, 4 turdan sonra aktivində 2 xal olan “Qarabağ” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşır.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
0
0