Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” cəzalandırıla bilər. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb İtaliya klubunun azarkeşlərinin “Çelsi” ilə səfər matçındakı (3:3) davranışıdı.
Belə ki, “Roma”nın fanatları Londondakı qarşılaşmada irqçi şüarlar səsləndiriblər. Onlar “Çelsi”nin müdafiəçisi, 2015-2017-ci illər ərzində “canavarlar”ın formasını geyinmiş Antonio Rudigeri təhqir ediblər. Bu səbəbdən qitənin ali futbol qurumu “Roma”ya inzibati iş açıb.
Məsələyə UEFA-nın Nizam-İntizam Komitəsinin noyabrın 16-da keçiriləcək iclasında baxılacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ikinci qarşılaşma oktyabrın 31-də Romada baş tutacaq.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu