[b]UEFA–dan Avropa nəhənglərinə cəza yağışı[/b]
08.05.2015 - 23:14
[b]UEFA–dan Avropa nəhənglərinə cəza yağışı[/b]

UEFA-nın Maliyyə Nəzarət Komitəsi Avropanın bəzi klublarını maliyyə "fair play" qaydalarına uymadığı üçün cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Avropanın ali futbol qurumu aralarında “İnter”, “Roma”, “Monako” kimi klubların da olduğu cəmi 10 klubun cəzalarını birlikdə açıqlayıb.

 

UEFA tərəfindən 20 milyon məbləğində cərimələnən Milanın “İnter” klubu bunun 6 milyonunu indi ödəməlidir. Gələcəkdə bir daha eyni halın təkrarlanması halında isə qalan məbləğ də ödənməli olacaq.

Üstəlik “İnter”in Avrokuboklarda oynada biləcəyi oyunçu sayı 25-dən 21-ə düşürülüb.

 

Digər bir İtaliya nəhəngi “Roma” da cəzadan yan keçməyib. Ümumilikdə 6 milyon avro cərimələnən “canavarlar” ilkin olaraq bunun 2 milyonunu ödəməli olacaq.

Avrokuboklardakı oyunçu sayı isə 25-dən 22-ə endirilib.

 

13 milyon avro miqdarında cəzaya məruz qalan “Monako” isə bu məbləğin 3 milyonunu bəri başdan ödəməlidir.

“Knyazlıq klubu”nun da oyunçu sayı 22-ə endirilib.